PFL-in rəsmi saytı niyə işləmir? AÇIQLAMA

  • 15 Aprel 2024, 13:35

Peşəkar Futbol Liqasının rəsmi saytı hazırda işləmir.

Sportlife.az-a açıqlama verən PFL-in media və marketinq direktoru Sənan Abdullayev bunun səbəbini açıqlayıb.

Abdullayev eyni zamanda problemin yaxın saatlarda həll ediləcəyini bildirib: "Təəssüf ki, budəfəki problem çox çəkdi. Dünəndən etibarən bu məsələnin həlli üçün çalışılır. Texniki problem tək bizim saytla bağlı deyil. Əməkdaşlıq etdiyimiz şirkət bir neçə sayta nəzarət edir və həmin saytların hamısında analoji problem var. Bizə bildirilib ki, işlər davam edir. Yaxın saatlarda düzəlməlidir”.


Paylaş: