Sahib Bağırov: "Azərbaycanın bayrağını dalğalandırdığım üçün çox qürurluyam"

  • 10 Aprel 2024, 16:12

"Azərbaycanın bayrağını dalğalandırdığım üçün çox qürurluyam".

Bunu Sportlife.az-a açıqlamasında Azərbaycan stronqmen millisinin üzvü Sahib Bağırov bildirib.

İdmançımız bu yarışa ilk dəfə qatılmasına baxamayaraq uğurlu çıxış etdiyini bildirib: “Dubayda keçirilən stronqmen idman növü üzrə dünya çempionatında iştirak etdim. 25 idmançı arasında Rusiya Federasiyası idmançısına məğlub olsam da, 2-ci yerə çıxdım. Cəmi 1 xal fərqlə geri qaldım. İlk dəfə qatılmağıma baxmayaraq ölkəmizi layiqincə təmsil etdim”.


Paylaş: