Tural Bayramli: Esas meqsedim Samir Abbasovun etimadini qazanmaqdi

Tural Bayramlı: Əsas məqsədim Samir Abbasovun etimadını qazanmaqdı

  • 24 Sentyabr 2017, 09:13

"Sumqayıt"ın gənc futbolçusu Tural Bayramlı Sportlife.az-a müsahibə verib.

- “Sumqayıt”a keçidin haqda danışardın...

- Futbola “Əlincə”də başlamışam. Bu komandada futbolun sirlərinə yiyələnmişəm. “Əlincə”nin U-19 komandası dağılandan sonra 1 il “Zirə” klubunda oynamışam. Keçən il “Sumqayıt”dan təklif gələndə çox sevindim, çünki özüm də Sumqayıtda yaşayıram.

- Keçən mövsüm Samir Abbasov sənə bir neçə dəfə meydana çıxmağa şans vermişdi, bu mövsüm hələ ki, oynamağa şans tapmamısan…

- “Sumqayıt”ın heyətində hazırda çox təcrübəli, yaxşı futbolçular var və hesab edirəm ki, onlarla eyni komandada olmağın özü də böyük təcrübədi mənim üçün. Bu mövsüm meydana çıxmasam da, hər an buna hazıram. Mən öz şansımı gözləyirəm.

- Səncə baş məşqçinin səni oynatmamağının səbəbi nəylə əlaqədardı?

- Samir müəllimin fikrinə hörmətlə yanaşıram, baş məşqçi odu. O, meydanda hər şeyi görür. Mən yenə şansımı gözləyəcəm və inanıram ki, verilən şansı düzgün dəyərləndirəcəm.

- Əvəzedici komandada artıq qol hesabını açmısan…

- Qol vurmaq önəmli deyil mənim üçün. Hazırda önəmli olan əsas məqsədim oyunlarda özümü yaxşı tərəfdən göstərib Samir müəllimin etimadını qazanmaqdı.

- Əvəzedici komanda mövsümə yaxşı başlamayıb. Bunun səbəbi nədi?

- Sadəcə olaraq ilk oyunlarda toparlana bilmədik. İndi yavaş-yavaş özümüzə gəlməyə başlamışıq. Oyundan oyuna komanda daha da yaxşı oyun göstərəcək.

- Mütəmadi olaraq Azərbaycanın U-19 yığmasına çağırılsan da, U-21 yığmasına dəvət almırsan…

- Bəli, daimi U-19 yığmasına çağırılmışam. Yəqin ki, növbəti toplanışlarda məni də dəvət edərlər. Bütün aşağı yaş qrupları üzrə yığma komandalarda canla-başla oynamışam. Bundan sonra da çağırılsam əlimnən gələni edərəm. Milli komandada oynamaq hər bir futbolçu kimi mənim üçün də şərəfdi.


Paylaş: