Şahmat komandamız Avropada birinci oldu

Şahmat komandamız Avropada birinci oldu

  • 15 Sentyabr 2023, 12:45

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.

Şahmat Federasiyasından Sportlife.az-a verilən məlumata görə, turnirdə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında 44 şahmatçımız iştirak edib.

Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdır.

Turnirdə mükafatlandırma mərasimi də baş tutub. Qalib və mükafatçılara medal, diplom, o cümlədən kubok təqdim edilib. Çempion şahmatçılarımızın şərəfinə 4 dəfə Azərbaycan himni səsləndirilib.

Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 46 ölkədən 928 şahmatçı mübarizə aparıb.


Paylaş: