ATP-nin rəhbəri rusiyalıları günahkar hrsab etmir
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) rəhbəri Andrea Qaudentsi maraqlı açıqlama verib.
Sportlife.az xəbər verir ki, o, rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına müsbət yanaşır:
“Biz kollekviv günaha inanmırıq. Bu uşaqlar pis heç nə etməyib. Onlar bütün həyatı boyunca tennis oynayıb. Hesab edirik ki, başqaları kimi onların da eyni hüquqlara malik olması ədalətli yanaşmadı. Onların da çıxış etmək, düşündüklərini dilə gətirmək hüququ olmalıdı”.