Taekvondoçumuz bürünc medal qazandı

Taekvondoçumuz bürünc medal qazandı

  • 30 Avqust 2023, 19:24

Azərbaycan taekvondoçusu Adil Eyvazov Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında bürünc medal qazanıb.

Sportlife.az-ın məlumatına görə, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Vladimir Mısova 0:2 hesabı ilə uduzaraq üçüncü yeri tutub.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib.


Paylaş: