Azərbaycan yığması üçün ilk beynəlxalq toplanış

  • 27 Yanvar 2023, 18:55

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-16 yığma komandası ilk dəfə olaraq xaricə təlim-məşq toplanışına yollanıb. Ötən gündən Türkiyədə olan komandamız fevralın 3-nə qədər Ankara şəhərində təlim-məşq toplanışı keçəcək.
 
Toplanış çərçivəsində bir sıra yoxlama oyunları keçirəcək qızlarımızın əsas hədəfi, 18-23 iyulda Andorrada baş tutacaq Avropa çempionatının C divizionu oyunlarına hazırlaşmaqdır.

Paylaş: