“Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub etdi

  • 15 Aprel 2024, 17:14

Bu gün kişi voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinin ilk görüşü baş tutub.

Sportlife.az xəbər verir ki, “Azərreyl” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində MOİK-lə üz-üzə gəlib. Görüş “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması aprelin 17-si saat 15:00-da keçiriləcək.

Qeyd edək ki, aprelin 16-da yarımfinalın digər görüşü “Murov Az Terminal” və “Neftçi” komandaları arasında oynanılacaq.


Paylaş: