Federasiya Tovuzda təlim-məşq toplanışı təşl etdi

  • 14 May 2024, 12:25

Azərbaycan Voleybol Federasiyası (AVF) Tovuz Regional Voleybol Klubunda təlim-məşq toplanışı təşkil edib.

Sportlife.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 12-14-də Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

"Tovuz" klubunun 40-a yaxın qız üzvü məşqlərə cəlb olunub. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilib. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, növbəti təlim-məşq toplanışı "Gəncə" klubunun idmançıları üçün Gəncədə təşkil olunacaq. Bu məşqlər mayın 15-17-si aralığında keçiriləcək.


Paylaş: