Millimiz Avstriyaya yollandı

  • 16 Avqust 2024, 10:31

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.

Sportlife.az Azərbaycan Voleybol Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, B qrupunda yer alan komanda ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək.

Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika millisinə qarşı olacaq.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edəcək komandanın heyətində 14 voleybolçu yer alıb.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli

Qeyd edək ki, Avstriya ilə görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


Paylaş: