
Polşa Avropa çempionu oldu
Kişi voleybolçular arasında CEV Avropa çempionatının finalında İtaliya və Polşa qarşılaşıb.
Sportlife.az xəbər verir ki, Polşa ev sahibi İtaliyanı 3:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Üçüncü yer uğrunda mübarizədə isə Sloveniya Fransanı 3-2 hesabı ilə məğlub edib.