Olimpiya çempionu həbs olundu

  • 30 Yanvar 2026, 11:27

4x100 metr məsafəyə estafet yarışları üzrə Olimpiya çempionu Şa'Karri Riçardson həbs edilib.

Sportlife.az xəbər verir ki, atlet ehtiyatsız avtomobil idarə etdiyinə görə saxlanılıb. Hadisə Florida ştatının Orlando şəhərində baş verib.

İdmançı avtomobilini saatda 160 km-dən çox sürətlə idarə edib, qarşısındakı nəqliyyat vasitələri ilə ara məsafəsini az saxlayıb və orta yollarla ötmə əməliyyatı edib.

Onu 30 günə qədər həbs və 500 dollar cərimə gözləyir.


Paylaş: