Nazir azərbaycanlı idmançıya vəzifə verdi

Nazir azərbaycanlı idmançıya vəzifə verdi

  • 2 Noyabr 2017, 17:00

Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı, olimpiya çempionu Nicat Rəhimova vəzifə verilib.
 
Sportlife.az xəbər verir ki, Olimpiya çempionu noyabrın birindən etibarən Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
 
Bu barədə idmançının atası Əli Rəhimov məlumat verib:
 
"Nicata Qazaxıstan daxili işlər naziri tərəfindən polis rütbəsi və Daxili İşlər Nazirliyinin vəsiqəsi təqdim olunub. Onu təbrik edirəm, uğurlar arzu edirəm”.
 
Qeyd edək ki, N.Rəhimov 2010-cü ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan adına qələbə qazanıb. O, 2014-cü ildə ölkəsində qədri bilinmədiyi üçün Qazaxstan vətəndaşlığını qəbul edərək bu ölkənin bayrağı altında çıxış etməyə başlayıb. (Unikal.org)

Paylaş: