Qarabağ zimbabveli hücumçu alır

Qarabağ zimbabveli hücumçu alır

  • 15 Yanvar 2018, 11:52

“Qarabağ” CAR-ın “Mamelodi Sandaunz” klubunun hücumçusu Xama Billiatın xidmətində maraqlıdı. Sportlife.az xəbər verir ki, bu barədə Cənubi Afrika mətbuatı məlumat yayıb.

Xəbərdə “köhlən atlar”ın zimbabveli futbolçunun transferi üçün onun klubuyla danışıqlar apardığı qeyd edilib.

Mənbənin məlumatına görə, “Mamelodi Sandaunz” klubla müqavilə müddəti bu ilin yayında başa çatacaq 27 yaşlı futbolçunun transferi üçün 2,5 milyon dollar tələb edir. “Qarabağ” isə CAR təmsilçisi ilə danışıqlar zamanı bu məbləği aşağı salmağa çalışır. Təmsilçimizin Zimbabve millisinin də üzvü olan futbolçuya aylıq 40 min dollar ödəməyə hazır olduğu da vurğulanıb.

Karyerası ərzində “Mamelodi Sandaunz”dan başqa, ölkəsinin “KAPS Yunayted” və CAR-ın “Ayaks Kape Taun” klublarının da şərəfini qorumuş Billiat, 2011-ci ildən Zimbabve millisinin üzvüdü. O, yığmada keçirdiyi 26 oyunda 7 qola imza atıb.


Paylaş: