Avropa Liqası: Həftənin ən yaxşısı kim olacaq?

  • 3 May 2024, 10:28

UEFA-nın mətbuat xidməti Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına iddialıların adlarını açıqlayıb.

Sportlife.az xəbər verir ki, mayın 2-də yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İddiaçılar siyahısına "Atalanta"dan Teun Kopmeyners və "Bayer"dən Robert Andriç daxil olub. Birincinin asisti, ikincinin isə qolu var.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyən ediləcək.


Paylaş: