"Qrupdan 2-ci yerdə çıxmağa ümid edirik" - Tahir Gözəl
"Həm sevincli, həm də üzgünəm. Hər iki komandanı təbrik edirəm. Rəqibimiz də çox gözəl oyun göstərdi".
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsində Bakıda "Bayerl"lə keçirilən oyundan (0:1) danışarkən deyib.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, komandanın oyundan razı qalıb: "Məni ən çox sevindirən odur ki, ötən oyundan sonra psixoloji xəsarət qalmamışdı. Bu, Qurban Qurbanovun məharətidir. Özünə inanan, hücum futbolu oynayan, risklər edən bir "Qarabağ" var idi. Son dəqiqələrdə gələn qola söz tapa bilmirəm. Bu, futboldur, hər zaman yaxşı oynayan qazanmır. Biz bu axşam çox gözəl oynadıq. Komanda bütün alqışlara layiqdir. Hər şeyə rəğmən qrupdan ikinci yerdə çıxmağa ümid edirik. Komandaya inanıram və ümid edirəm ki, Norveçdə “Molde”yə qarşı uğurla oynaya biləcəyik”,
Klub rəhbəri oyundakı penalti epizodu haqda da danışb: "10-15 saniyə mənim üçün zaman dondu, heç bir reaksiya verə bilmədim. Ümidim var idi ki, VAR penaltini ləğv edəcək. Futboldur, oldu".