
"Sabah bütün gücmüzü ortaya qoyacağıq"
"Selye"nin yarımmüdafiəçisi Mark Zabukovnik UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah"la ilk matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportlife az xəbər verir ki, 24 yaşlı sloveniyalı futbolçu jurnalistlərin suallarını cavablandırıb.
– Komandanız yeni mövsümə hazırdır?
– Qısa olsa da, hazırlıq prosesini uğurla başa vurduq. Həm fiziki, həm də taktiki cəhətdən yeni mövsümə hazırıq.
– Heyətdə ab-hava necədir?
– Hər şey yaxşıdır. Həm meydanda, həm də meydandan kənarda komanda olaraq bir-birimizə çox yaxşı uyğunlaşmışıq. Sabahkı oyuna tam hazırıq. Yaxşı nəticə əldə etmək üçün bacardığımız hər şeyi ortaya qoyacağıq.
– Azərbaycan futbolu ilə bağlı məlumatlarınız var idi?
– "Sabah"la rəqib olmazdan əvvəl məlumatım yox idi. Amma püşkdən sonra rəqibimiz haqda məlumatlar toplamağa başladıq. "Sabah"ın güclü və zəif tərəflərini təhlil etmişik.