Azərbaycan Kuboku: "Zirə" və "Qarabağ" yarımfinalda - YENİLƏNİB

  • 8 Fevral 2024, 21:53

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Sportlife.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 cavab görüşündən 1-i artıq başa çatıb. "Zirə" ilk matçda qalib gəldiyi (2:1) "Səbail"lə bu dəfə evdə qarşılaşıb. Rəşad Sadıqovun komandası 3:0 hesablı qələbə ilə yarımfinala yüksəlib.

 "Zirə" bu mərhələdə "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" isə ilk oyunda darmadağın etdiyi (7:1) "Sabah"ı qəbul edir. Bu matç isə saat 20:00-da start götürüb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.

8 fevral

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

20:00. "Qarabağ" - "Sabah" - 3:4 

Qollar: Kristian Da Silva 5 (0:1), Jarl Marqarita, 27 (0:2), Hamidu Keyta, 30 (1:2), İshak Belfodil, 58 (1:3), Adama Diakabi, 61 (2:3), İshak Belfodil, 69-pen. (2:4), Maruan Hadudi, 74-avtoqol (3:4)

Qırmızı vərəqə: Riçard Almeyda, 76 ("Qarabağ")

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

İlk oyun - 7:1.

17:00. "Zirə" - "Səbail" - 3:0 

Qollar: Abbas İbrahim, 4 (1:0), Rəhim Sadıxov, 42, Rafael Utziq, 74

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

İlk oyun - 2:1.

9 fevral

16:00. "Qəbələ" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

İlk oyun - 1:1

19:00. "Neftçi" - "Sumqayıt"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

İlk oyun  - 3:2

Yarımfinalda qarşılaşacaqlar

"Zirə"  / "Qəbələ" - "Araz-Naxçıvan" cütünün qalibi

"Neftçi" - "Sumqayıt" cütünün qalibi / "Qarabağ" - "Sabah" cütünün qalibi


Paylaş: