"Neftçi" futbolçularına yüksək "premya" - ÖZƏL

"Neftçi" futbolçularına yüksək "premya" - ÖZƏL

  • 10 Fevral 2024, 10:30

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Neftçi" "Sumqayıt"la (1:1) üz-üzə gəlib. İlk matçda qazanılan 3:2 hesablı qələbə "ağ-qaralar"ı yarımfinal mərhələsinə daşıyıb.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin rəhbərliyi növbəti tur qalibiyyətini diqqətdən kənarda saxlamayıb.

Belə ki, əsas heyət üzvlərinin hər birinə 10000 manat pul mükafatı vəd edilib.

Qeyd edək ki, Miodraq Bojoviçin komandasının yarımfinaldakı rəqibi "Qarabağ" olacaq.


Paylaş: