Elmar Baxşıyevin heç-heçə şərhi

  • Dünən, 18:43

Azərbaycan Premyer Liqasının VI turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– İki fərqli hissə oynadıq. Birinci hissədə oyunumuz alınmadı, istədiyimizi meydançada görə bilmədik. İcrada çətinlik çəkirdik. “Şamaxı” yaxşı təzyiq göstərirdi. Düşünürəm ki, ikinci hissədə fərqli oynadıq və dönüşü yarada bildik, bir xal qazandıq. Qələbə qazana və ya uduza da bilərdik.

– İddialı klubların xal itkilərini görürük. Autsayderlər güclənib, ya iddialılar gözləntilərin altında qalır?
– Siz fərqli baxa bilərsiniz. “Şamaxı”nın futbolçuları meydanda nə etmək istədiklərini bilir. Bu səfər ağırdır, meydança da süni örtüklüdür. Komandalar yaxşı mübarizə apardı. Azarkeşlər üçün də maraqlı, dinamik oyun oldu.

– “Qarabağ”a məğlubiyyətin təsiri qalmışdı?
– Məğlubiyyətin üzərində çox dayanmırıq. Bunu unudub, qarşıdakı oyuna köklənirik.


Paylaş: