AFFA millini yenidən əcnəbi baş məşqçiyə tapşıracaq?

  • Dünən, 17:08

AFFA hələ də milli komandanın baş məşqçi postu ilə bağlı yekun qərarını açıqlamayıb.

Sportlife.az-a verilən məlumata görə, federasiya namizədlərə iki aylıq müqavilə təklif edib. Lakin həm Ayxan Abbasov, həm də digər yerli mütəxəssislər bu şərtlə razılaşmayıblar və ən azı bir illik müqavilə tələb ediblər.

Mənbə bildirir ki, müzakirələr nəticəsiz qaldığı təqdirdə, federasiyanın yenidən əcnəbi baş məşqçi axtarışına çıxması istisna olunmur.

Məsələ ilə bağlı AFFA-ya sual ünvanladıq. Qurumun mətbuat katibi Murad Axundovun cavabı belə oldu: "Millinin yeni baş məşqçisi, müqavilə müddəti və digər məsələlərlə bağlı hazırda müzakirələr, işlər gedir. Ümid edirik ki, yaxın vaxtlarda konkret bir söz deyə bilərik. Onu da nəzərə almaq lazımdır ki, baş məşqçi məsələsi yekun olaraq AFFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənir. Bu günə olan vəziyyət odur ki, bizdə bununla bağlı ciddi müzakirələr gedir".


Paylaş: