"Rafinyanı beşinci yerə qoymaq alçaqlıqdır"

  • Dünən, 14:50

"Santos"un və Braziliya millisinin hücumçusu Neymar yığmadakı komanda yoldaşı Rafinyanın "Qızıl top" üçün səsvermədə beşinci yeri tutmasını tənqid edib.

Sportlife.az xəbər verir ki, ulduz futbolçu braziliyalı şərhçi Eduardo Semblanonun sosial şəbəkədəki paylaşımının şərh bölməsində "Rafinyanı beşinci yerə qoymaq alçaqlıqdır" yazıb.

Ötən mövsüm Rafinya "Barselona"nın heyətində bütün turnirlərdə 57 oyun keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə verib. O, komanda ilə İspaniya La Liqasını, İspaniya Kubokunu və İspaniya Superkubokunu qazanıb.

Qeyd edək ki, "Qızıl top" mükafatını PSJ-nin hücumçusu Usman Dembele qazanıb. İkinci yeri “Barselona”nın vingeri Lamine Yamal tutub. PSJ-nin futbolçusu Vitinya üçüncü, “Liverpul”un futbolçusu Məhəmməd Salah isə dördüncü olub.


Paylaş: