Raman Saleydən 3-cü medal

  • Dünən, 16:10

Azərbaycan paraüzgüçüsü Raman Saley Sinqapurda keçirilən dünya çempionatında növbəti medalını qazanıb.

Sportlife.az xəbər verir ki, S12 kateqoriyasında mübarizə aparan idmançı 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24,27 saniyə nəticə ilə gümüş mükafata sahib çıxıb.

O, turnirin ilk günündə 100 metr məsafəyə arxasıüstə üzmə yarışında dünya çempionu olub. Növbəti gündə isə eyni məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda bürünc medal əldə edib.


Paylaş: