
Yamalın atasından etiraz
"Barselona"nın yarımmüdafiəçisi Lamine Yamalın atası Munir Nasraui oğlunun "Qızıl top" üçün səsvermədə ikinci yeri tutmasını şərh edib.
Sportlife.az xəbər verir ki, o, Yamalın hazırda böyük fərqlə dünyanın ən yaxşı oyunçusu olduğunu bildirib:
"Düşünürəm ki, onun rəqibi yoxdur. Yamal ən böyükdür. Oğurluqdan danışmaq istəmirəm, amma insana vurulan mənəvi zərər... Burada qəribə bir şeyin baş verdiyini deməliyik".
Qeyd edək ki,18 yaşlı futbolçu "Qızıl top" üçün səsvermədə ikinci olub və "İlin gənc futbolçusu" mükafatını qazanıb.