Monçi "Aston Villa"dan gedir

  • Dünən, 15:34

"Aston Villa"nın Futbol Əməliyyatları üzrə prezidenti Monçi tezliklə klubu tərk edəcək.

Sportlife.az xəbər verir ki, 57 yaşlı ispaniyalı funksioneri həmyerlisi Roberto Olabe əvəzləyəcək.

Monçi 2023-cü ildən "Aston Villa"da çalışır. O, əvvəllər "Sevilya" və "Roma"nın idman direktoru vəzifəsində işləyib.

Beş oyundan sonra "Aston Villa" üç xalla Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.


Paylaş: