
50 milyonluq transfer zədələndi
"Arsenal"ın futbolçusu Noni Madueke Premyer Liqanın 5-ci turunda "Mançester Siti" ilə qarşılaşmada (1:1) dizindən zədə alıb.
Sportlife.az xəbər verir ki, bazar ertəsi aparılan müayinə onun çarpaz bağlarının sağlam olduğunu göstərsə də, futbolçunun təxminən 2 aylıq müalicəyə ehtiyacı olacaq.
Madueke keçən yay 50 milyon funt-sterlinqə "Çelsi"dən "Arsenal"a keçib. Bu mövsüm ingilis futbolçu 11 oyuna çıxıb və qol vurmayıb.