Dünya çempionu ingilislərin "radar"ında

  • Dünən, 12:31

"Atletiko"nun hücumçusu Xulian Alvares karyerasını başqa klubda davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 25 yaşlı argentinalı ilə "Liverpul" və "Barselona" maraqlanır. Futbolçu gələn yay Madrid klubundan ayrılmağı düşünür.

Alvares 2024-cü ilin yayından "Atletiko"da çıxış edir. O, bu klubda 62 matçda 30 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Xulian Alvares Argentina millisi ilə DÇ-2022-nin qalibi olub.


Paylaş: