"Arsenal"ın yetirməsi süni komadadır

  • Dünən, 13:56

"Çiçester Siti"nin futbolçusu Billi Viqar ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Sportlife.az xəbər verir ki, hadisə şənbə günü İngiltərədə regional liqa matçı zamanı baş verib. 21 yaşlı forvardın başı beton divara dəyib.

“Billi ciddi beyin zədəsi alıb və hazırda reanimasiyada süni koma vəziyyətindədir. O, mümkün olan ən yaxşı müalicəni alır. Nəticənin necə olacağını söyləmək hələ tezdir. Hər şey yaxşı getsə belə, sağalma müddəti uzun sürəcək".

Vigar "Arsenal"ın yetirməsidir. O, "Derbi Kaunti"də də oynayıb.


Paylaş: