Qriqorçuk iddialı komandada

  • Dünən, 14:11

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun işsiz günləri başa çatır.

Sportlife.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis yenidən ölkəsində fəaliyyət göstərəcək.

Son olaraq LNZ-dən ayrılan Qriqorçuk bu dəfə “Kolos”un “sükanı arxasına” keçməyə hazırlaşır. Klub rəhbərliyi ukraynalı çalışdırıcı ilə danışıqları artıq sürətləndirib. Mövsümə uğurlu start götürən komandanın hədəfi çempionluqdur. Rəhbərlik isə yalnız Qriqorçukla bu arzunu həyata keçirə biləcəyini düşünür. Bu üzdən ən qısa zamanda onun təyinatını rəsmiləşdirməyə çalışırlar.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında 6 turdan sonra “Kolos” 14 xalla ilk 3 pilləni bölüşür. “Dinamo” və “Şaxtyor”un da aktivində 14 xal var.


Paylaş: