5 illik uğursuz seriyaya son qoyuldu

  • Dünən, 18:34

PSJ Fransa çempionatının V turunda səfərdə "Marsel"ə 0:1 hesabı ilə məğlub olub.

Sportlife.az xəbər verir ki, "Marsel" sonuncu dəfə 2020-ci ilin sentyabrında Liqa 1-də PSJ-yə qalib gəlib. Bununla da 5 illik uğursuz seriya başa çatdı.

Qeyd edək ki, hazırda "Marsel"in 9 xalı var və turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Mövsümdə ilk məğlubiyyətini alan PSJ isə "Monako"dan geri qalaraq 12 xalla ikincidir.


Paylaş: