"Qızıl top": Fransa vahid lider oldu

  • Dünən, 12:52

PSJ-nin hücumçusu Usman Dembele 2025-ci ilin “Qızıl top” mükafatını qazanıb.

Sportlife.az xəbər verir ki, forvard tarixdə bu mükafata sahib çıxan altıncı fransız futbolçu olub. Daha əvvəl mükafatı Raymon Kopa (1958), Mişel Platini (1983, 1984, 1985), Jan-Pyer Papin (1991), Zinəddin Zidan (1998) və Kərim Benzema (2022) alıb.

Fransa hazırda “Qızıl top”un sahiblərinin sayına görə dünyada liderdir. Əvvəllər onlar Almaniya və İtaliya ilə liderliyi bölüşürdülər.


Paylaş: