"Mövsüm bizim üçün çətin keçəcək"

  • Dünən, 17:34

"Napoli"nin baş məşqçisi Antonio Konte bu mövsümün yeni futbolçuların çoxluğuna görə komanda üçün çətin keçəcəyini deyib.

Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis sakit və ehtiyatlı davranmalı olduqlarını bildirib:

"Digər komandalardan fərqli olaraq, Çempionlar Liqası, İtaliya Kuboku və İtaliya Superkuboku da daxil olmaqla, bütün yarışlarda mübarizə aparmaq üçün o qədər də yaxşı heyətə malik deyilik. Oyunçuların çoxu fərqli sistemlərdən gəliblər və onlardan yüksək nəticələr gözlənilir. Meydanda çox çalışmalıyıq".

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Napoli" səfərdə "Mançester Siti"yə 0:2 hesabı ilə uduzub.


Paylaş: