
"Neftçi" biletləri satışa çıxardı
"Neftçi" Azərbaycan Premyer Liqasının VI turunda evdə "Karvan-Yevlax"la keçirəcəyi oyunun biletlərini satışa çıxarıb.
Sportlife.az xəbər verir ki, sentyabrın 27-də “Palms Sports Arena”da oynanılacaq matçın biletlərinin qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edir.
Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionumuzun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, görüş saat 19:00-da başlayacaq.