
"Liverpul" mənim öz seçimimdir
"Liverpul"un hücumçusu Uqo Ekitike transfer qiyməti ilə bağlı şərhlərə əhəmiyyət vermədiyini bildirib.
Sportlife.az xəbər verir ki, fransalı futbolçu bu yay 90 milyon avroya "Ayntraxt"dan İngiltərə klubuna keçib.
O, diqqətini öz oyununa yönəltdiyini bildirib: "Başqaları transferimin dəyərindən danışa bilər. Bundan qaçmaq mümkün deyil. Amma futbol dəyişib. "Liverpul" mənim öz seçimimdir. Buraya gəlmək istəyirdim və mənim üçün doğru yer olduğunu bilirdim. Düşünmürəm ki, səhv etmişəm".
23 yaşlı forvard bu mövsüm 7 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.