Tanınmış futbolçu karyerasını bitirdi

  • Dünən, 16:09

Bosniya və Herseqovina millisinin keçmiş yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını başa vurub.

Sportlife.az xəbər verir ki, veteran oyunçu 35 yaşında futbolla vidalaşmaq qərarına gəlib.

"Artıq oynamayacağam. Təqaüdə çıxdım. Hazırda Dubayda yaşayıram və artıq futbolçu deyiləm. Oğlum mənim üçün prioritetdir", - deyə Pyaniç bildirib.

Pyaniç müxtəlif illərdə "Barselona", "Yuventus", "Roma", "Metz", "Lion", "Beşiktaş" və, "Əl-Şarja"da çıxış edib.

O, Bosniya və Herseqovina milli komandasında 115 oyun keçirib və 17 qol vurub.


Paylaş: