Romario Endrikə inanır

  • Dünən, 14:08

"Barselona" və Braziliya millisinin keçmiş hücumçusu Romario həmyerlisi Endrikin "Real"dan "Lion"a icarəyə verilməsini şərh edib.

Sportlife.az xəbər verir ki, əfsanəvi futbolçu "sambaçı"nın Fransa klubunda öz oyununu tapacağına inandığını bildirib:

"O, bizim ən böyük hücumçularımızdan biridir. Təəssüf ki, "Real"da o qədər də şanslı deyildi. Amma əla oyunçudur, qol vura bilir. Ümid edirəm ki, "Lion"da uğur qazanacaq".

Bu mövsüm braziliyalı forvard 3 oyun keçirib və 99 dəqiqə meydanda olub.


Paylaş: