Millidə yeni rekordçular
Brahim Dias və Ayub El-Kaabi Afrika Millətlər Kubokunda Mərakeş millisinin rekordunu təkrarlayıblar.
Sportlife.az xəbər verir ki, qrup mərhələsinin Zambiya ilə son oyununda hər iki oyunçu fərqlənərək, turnirdə ən azı üç qol səddinə çatıblar.
Onlar milli komandanın tarixində bu nailiyyətə imza atan ikinci cütlük olublar.
Bu rekorda sonuncu dəfə 2004-cü ildə, Yusif Hacı və Yusif Moxtari imza atıblar.