Məşhur basketbolçu zədələndi
"Qolden State Uorriors"un basketbolçusu Stiven Körri "Hyuston Rokets"ə 100-104 hesabı ilə məğlub olduqları görüşdə zədələnib.
Sportlife.az xəbər verir ki, NBA-nın dördqat qalibi MRT müayinəsindən keçəcək.
O, sağ budunun ön hissəsində yerləşən əzələsindən zədə alıb. Basketbolçunun hansı müddətə sıradan çıxdığı bəlli deyil.