Millimiz seçmə mərhələdə mübarizəyə başlayır
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa bu gün çıxacaq.
Sportlife.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Skopyedə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.