"Kukurellya Yamalı cibinə qoymuşdu"

  • Dünən, 15:54

"Çelsi"nin qapıçısı Robert Sançes Çempionlar Liqasının son turunda qarşılaşdıqları "Barselona"nın vingeri Lamin Yamaldan danışıb.

Sportlife.az xəbər verir ki, ispaniyalı qolkiper komanda yoldaşı Mark Kukurellyanın Yamala oynamaq imkanı vermədiyini bildirib:

"Kukurellya Yamalı cibinə qoymuşdu. Premyer Liqa təmsilçisi ilə qarşılaşana qədər hər kəs güclü görünür. "Barselona" Çempionlar Liqasının favoritidirmi? Onları bilmirəm, amma biz favoritik".


Paylaş: