Levandovski qərarını verdi

  • Dünən, 14:50

"Barselona"nın hücumçusu Robert Levandovski qış transfer pəncərəsində "Fənərbaxça"ya keçməyəcək.

Sportlife.az xəbər verir ki, polşalı forvard 1,5 illik müqavilə təklifini qəbul etməyib.

Türkiyə klubu yanvar ayında 37 yaşlı hücumçunu transfer etməkdə maraqlı idi, lakin oyunçu ən azı yaya qədər "Barselona"da qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Levandovskinin "Barselona" ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.


Paylaş: