"Qarabağ"ın pley-off şansı

  • Bu gün, 13:32

UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun oyunlarından əvvəl komandaların növbəti mərhələ şansları açıqlanıb.

Sportlife.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.

Azərbaycan təmsilçisi "Qarabağ"ın "24-lüy"ə düşmək ehtimalı 36 faiz göstərilib.

Maraqlıdır ki, "Qarabağ"ın sabah Bakıda üz-üzə gələcəyi Almaniyanın "Ayntraxt" komandasının mərhələ şansı çox azdır. Frankfurt təmsilçisində bu rəqəm 21 faizdir.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Paylaş: