"Barselona"dan "Jirona"ya

  • Bu gün, 11:05

"Barselona" və "Jirona" qapıçı Mark-Andre ter Ştegenin icarəsi ilə bağlı razılığa gəliblər.

Sportlife.az xəbər verir ki, müqavilənin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir. Sözləşmə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Almaniyalı qolkiper 2014-cü ilin yayında Mönhenqladbax "Borussiya"sından 12 milyon avroya alınıb. 2019-cu ildə qapıçının qiyməti 90 milyon avro olub.

Ter Ştegen bu mövsüm belindəki zədə səbəbindən cəmi bir oyunda iştirak edib.


Paylaş: