"Karvan-Yevlax"da problem həllini tapdı

  • Bu gün, 17:12

"Karvan-Yevlax" sabiq baş məşqçisi Azər Həşimovla yollarını rəsmən ayırıb.

Sportlife.az xəbər verir ki, son bir neçə ay ərzində klubla çalışdırıcı arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, razılıq əldə olunmamışdı. Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilib və müqaviləyə xitam verilib.

Eyni zamanda köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunub. Klub bütün öhdəliklərini yerinə yetirib.


Paylaş: