İnyesta Mərakeş millisində işləyə bilər

  • Bu gün, 12:09

"Barselona" və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Andres İnyesta Mərakeş millisində işləyə bilər.

Sportlife.az xəbər verir ki, 41 yaşlı mütəxəssis ötən gün Mərakeş və Seneqal arasında keçirilən Afrika Millətlər Kubokunun final oyununu izləmək üçün Rabata dəvət olunub.

"Mundo Deportivo"nun məlumatına görə, Mərakeş Futbol Federasiyası İnyestanın milli komandanın məşqçilər korpusuna qoşulmasında ciddi şəkildə maraqlıdır.

İnyesta bu yaxınlarda məşqçilik karyerasına hazırlaşarkən elit futbol dünyasında iştirak etmək arzusunu ifadə edib.


Paylaş: