Nani Qazaxıstan klubuna keçəcək
"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Nani Qazaxıstanın "Aktobe" klubuna keçəcək.
Sportlife.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı futbolçu "Aktobe" klubu ilə bütün müqavilə şərtlərini qəbul edib.
Tezliklə komandanın təlim-məşq toplanışına qatılacaq. Nani "Aktobe" ilə bir illik müqavilə imzalayacaq və Qazaxıstan Premyer Liqası tarixində ən çox maaş alan oyunçu olacaq.
Nani 2008-ci ildə "Mançester Yunayted"lə Çempionlar Liqasını və dörd dəfə Premyer Liqanı qazanıb. O, həmçinin "Sportinq", "Fənərbaxça", "Valensiya", "Orlando Siti", "Adana Demirspor", "Estrela" və digər klublarda da oynayıb.
Yarımmüdafiəçi 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb.