"Araz-Naxçıvan"da sloveniyalı futbolçu?
“Jenis”in müdafiəçisi Matiya Romla maraqlanan Azərbaycan klubu müəyyənləşib.
Sportlife.az xəbər verir ki, sloveniyalı futbolçu “Araz-Naxçıvan”ın diqqət mərkəzindədir.
Bir neçə gün əvvəl “Jenis”dən ayrılaraq “Araz-Naxçıvan”ın “sükanı arxasına” keçən Andrey Demçenko Romu da yanına gətirmək niyyətindədir. O, 27 yaşlı futbolçunun gəlişi ilə müdafiənin sağ cinahında yaranan boşluğu doldurmağı planlaşdırır.
Futbolçunun meneceri Adrian Milnar da Azərbaycandan təklif aldıqlarını etiraf edib. Rom artıq “Jenis”dən ayrılıb və hazırda azad agentdir.