"Qarabağ"la oyuna 2 məşqçi ilə çıxacaqlar

  • Bu gün, 13:34

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Ayntraxt” yeni baş məşqçi axtarışını davam etdirir.

Sportlife.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Frankfurt klubunu Azərbaycan çempionu ilə matça çıxaracaq mütəxəssis müəyyənləşib.

Yeni çalışdırıcını qısa müddətdə təyin edə bilməyəcəyini başa düşən rəhbərlik müvəqqəti baş məşqçi təyin edib. Bu, “Ayntraxt”ın U-19 komandasında çalışan Aleksander Meyerdir. 43 yaşlı mütəxəssislə U-21 komandasının baş məşqçisi Dennis Şmidt “Qarabağ”la görüşdə əsas komandaya rəhbərlik edəcəklər.

“Ayntraxt” rəhbərliyi isə baş məşqçi postuna Marko Rouz və ya Xabi Alonsonu təyin etməyi planlaşdırır.

Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt” arasında oyun yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Paylaş: