Seneqalda istirahət günü elan olundu
Seneqal prezidenti Bassiru Diomaye Faye yanvarın 19-nu ölkədə ödənişli istirahət günü elan edib.
Sportlife.az xəbər verir ki, bu, Seneqal milli komandasının Afrika Millətlər Kubokunun final matçında Mərakeş üzərində əlavə vaxtda 1:0 hesablı qələbə qazanması ilə əlaqədardır.
Bu, Seneqalın turnirdə ikinci qələbəsidir. Dörd il əvvəl komanda Misiri penaltilərlə məğlub etmişdi (seriyada 0-0, 4-2) və hazırkı prezident onda da qələbənin şərəfinə istirahət günü elan etmişdi.