Azərbaycan çempionatında əcnəbi
Yanvarın 22-də boks üzrə Azərbaycan çempionatına start veriləcək.
Sportlife.az xəbər verir ki, Boks Mərkəzində yeddi gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Sid Ali Mokretari (Əlcəzair) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Hakimlərin – Başir Abbar (Mərakeş), Manuel Vilerino (Argentina), Luka Vadilinqa (Braziliya), Mariya Kavakliyeva (Bolqarıstan) və Kalero Vilfredo Vazquesin (Kuba) dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.